AZ

Xalq artisti Arif Babayev dəfn edildi - FOTO-YENİLƏNDİ

BAKI, 1 avqust. TELEQRAF

Azərbaycanın Xalq artisti, tanınmış xanandə Arif Babayev dəfn edilib.

Teleqraf xəbər verir ki, muğam ustası l Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mərhumun ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.

A.Babayev akademik Xoşbəxt Yusifzadənin məzarı yanında dəfn olunub.

***

13:56

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Teleqraf xəbər verir ki, vida mərasimində mədəniyyət naziri Adil Kərimli, mədəniyyət xadimləri, sənət dostları və mərhumun ailə üzvləri ştirak ediblər.

Xalq artisti l Fəxri xiyabanda dəfn ediləcək.

***

12:56

Avqustun 1-də səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Arif Babayev l Fəxri xiyabanda dəfn ediləcək.

***

10:49

Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bunu Teleqraf-a Xalq artisti Mənsum İbrahimov bildirib.

***

10:33

Xalq artisti Arif Babayevin nəşi Təzə Pir məscidinə aparılıb.

Bu barədə Teleqraf-a onun oğlu Yaşar Babayev məlumat verib.

***

09:55

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, muğam ustası I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub. O, iyulun 23-də Qax rayonunda istirahətdə olan zaman səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burada Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. O, iyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanasına təxliyə olunub və bu gün səhər 6:30 radələrində vəfat edib.

Seçilən
19
teleqraf.com

1Mənbələr