AZ

Çin nəhəng və yırtıcı ağcaqanadlar YAYDI

Çikungunya qızdırması daşıyan ağcaqanadları yeyəcək nəhəng və yırtıcı ağcaqanadların xüsusi növünün sürfələrini yaymağa başlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

“Çin alimləri çikungunya qızdırması daşıyan digər ağcaqanadları yeyəcək nəhəng və yırtıcı ağcaqanadların xüsusi növünün sürfələrini yaymağa başlayıblar”, – media yazıb.

Bu yaxınlarda Çin mətbuatı ölkənin cənub şəhərlərindən birində bir həftə ərzində bu qızdırma ilə 2,8 mindən çox yeni yoluxma halının qeydə alındığını bildirmişdi.

“Fil” adlanan ağcaqanad sürfələrinin həyatları boyu 100-ə qədər ağcaqanad sürfəsini udmaq qabiliyyətinə malik olduğu və bunun da epidemiyanın yayılmasına qarşı “effektiv maneə” olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
25
1
interpress.az

2Mənbələr