Rusiyalı idmançılar Çində keçiriləcək Dünya Oyunlarının açılış mərasiminə buraxılmayacaqlar.
"Report" xəbər verir ki, bu barədə TASS-a komandanın nümayəndələrindən biri məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq Dünya Oyunları Assosiasiyası neytral statusda çıxış edən atletlərin tədbirdə iştirakına icazə verməyəcək.
Rusiyalı nümayəndə tədbirə tamaşaçı qismində də qatılmayacaqlarını söyləyib.
Qeyd edək ki, Dünya Oyunları avqustun 7-dək 17-dək Çenqduda keçiriləcək. Rusiya idmançıları turnirdə neytral statusda iştirak edəcəklər.