AZ

Fransalı general: Rusiya 2030-cu ildən əvvəl Avropaya hücum edə bilər

Fransa Silahlı Qüvvələrinin rəhbəri Avropanı Rusiyaya qarşı çıxmaq üçün müdafiə xərclərini artırmağa çağırıb.

Turkustan.az xəbər verir ki, general Thierry Burkhard Britaniyanın "The Economist" qəzetinə deyib ki , Rusiya o qədər sürətlə silahlanır ki, beş ildən sonra o, Avropa üçün "əsl təhlükəyə" çevriləcək.

Avqustun 31-də Fransanın Baş Müdafiə Qərargahının (CEMA) rəisi vəzifəsindən 4 il sonra istefa verməyə hazırlaşan Burkhardt bildirib ki, 2030-cu ilə qədər “Rusiyanın Qərb ölkələri, xüsusən də Avropa ölkələri üçün hərbi təhlükə törətmək imkanları olacaq”.

Onun fikrincə, Rusiya diktatoru Vladimir Putin rejimi tərəfindən həyata keçirilən yenidən silahlanmanın miqyası real təhlükə yaradır. Onun sözlərinə görə, potensial irimiqyaslı münaqişədən qorunmaq üçün investisiyalar artırılmalıdır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
1
turkustan.az

2Mənbələr