AZ

NATO ölkələri İran xüsusi xidmət orqanlarını adam oğurluqları və qətllərdə ittiham edir

Bir neçə NATO ölkəsi və Avstriya birgə bəyanat yayaraq İranın xüsusi xidmət orqanlarını dövlət suverenliyini pozmaqda, təhlükəsizlik üçün təhdid yaratmaqda, adam oğurluqları və qətllərdə ittiham ediblər.

HİT.az xəbər verir ki, bəyanatda bildirilir: 

"Avropa və Şimali Amerikada insanları qətlə yetirmək, oğurlamaq və təqib etmək cəhdlərinə qarşı mübarizədə biz həmrəyik. Bu, bizim suverenliyimizin açıq şəkildə pozulmasıdır. İranın xüsusi xidmət orqanları jurnalistləri, dissidentləri, yəhudi mənşəli vətəndaşları, habelə Avropa və Şimali Amerikada fəaliyyət göstərən və ya fəaliyyətdə olmuş rəsmiləri təqib etmək məqsədilə beynəlxalq cinayətkar təşkilatlarla daha fəal əməkdaşlıq edir".

Bəyanat Fransa, Almaniya, ABŞ, Birləşmiş Krallıq, Albaniya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Niderland, İspaniya və İsveç nümayəndələri tərəfindən imzalanıb.

Ölkələr bu kimi hücumların məqsədindən asılı olmayaraq onları “suverenliyin pozulması” kimi qiymətləndirdiklərini bildiriblər və belə fəaliyyətlərlə birgə mübarizə aparacaqlarına söz veriblər. İran hakimiyyətinə bu cür qanunsuz fəaliyyətlərə dərhal son qoymaq çağırışı da edilib. Bəyanatda konkret adam oğurluğu və ya qətl halları sadalanmayıb.

"Al-Jazeera" xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsəmail Baqai bəyanatda yer alan ittihamları “əsassız”, “utanmaz uydurma” və “İrana qarşı aparılan qorxu kampaniyasının bir hissəsi” adlandırıb. Onun sözlərinə görə, bu, “ictimaiyyətin diqqətini günün əsas mövzusundan – işğal olunmuş Fələstində baş verən soyqırımdan yayındırmaq cəhdidir”.

Samir

Seçilən
17
hit.az

1Mənbələr