Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunları ərəfəsində Beynəlxalq Gimnastika Federasiyası (FIG) aerobika üzrə Azərbaycanın qarışıq cütlüyü – Medina Mustafayeva və Vladimir Dolmatovu xüsusi qeyd edib.
İdman.biz xəbər verir ki, aerobika yarışları avqustun 7-17-də baş tutacaq multiforumun bir hissəsi olacaq.
FIG portalı qeyd edir ki, qarışıq cütlüklər arasında əsas fiqurlar yaponiyalılar Riri Kitadzume və Mizuki Saito olacaq: "Kitadzume və Saito Pesaroda dünya çempionatında qızıl medal qazanaraq gümüş mükafatçılar - Azərbaycan təmsilçiləri Mustafayeva və Dolmatovu geridə qoyublar. Kitadzume həmin yarışda qadınlar arasında fərdi proqramda da dünya çempionu titulunu qoruyub. Saito isə 2016-cı ildə aerobika üzrə dünya çempionu olmuş ilk yaponiyalıdır. Onlar Çenqduda çempionluğa əsas favoritlər sayılırlar. Lakin medallara iddiaçılar arasında Azərbaycan cütlüyü və dünya çempionatının bürünc mükafatçıları braziliyalılar da var”.
İdman.biz