Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhəələsinin püşkatma mərasimi keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək. Ağdam təmsilçisi “Şkendiya”nı məğlub edib pley-offa yüksələcəyi təqdirdə, potensial rəqibləri bəllidir.
– “Bude-Qlimt” (Norveç)
– “Seltik” (Şotlandiya)
Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.