AZ

Zelenski Putini şəxsi görüşə dəvət edib

Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin bəyanatlarına cavab verib. Zelenski bildirib ki, müharibəni dayandırmaq və davamlı sülhü təmin etmək üçün ölkə lideri səviyyəsində görüş lazımdır.

Reyting.az
-ın məlumatına görə, Zelenski özünün Teleqram kanalında yazıb ki, Ukrayna ABŞ prezidenti Trampın Rusiya müharibəsinə, bütün qətllərə son qoymaq, ləyaqətli və davamlı sülhə nail olmaq səylərini görür və dəstəkləyir.

“Biz Rusiyanın bəyanatlarını eşidirik. Əgər bu, onların müharibəni ləyaqətlə başa vurmağa və həqiqətən də davamlı sülhə ciddi şəkildə hazır olduqlarının siqnalıdırsa və müharibə üçün daha çox vaxt qazanmaq və sanksiyaları təxirə salmaq cəhdləri deyilsə, onda Ukrayna istənilən vaxt liderlər səviyyəsində görüşə hazır olduğunu bir daha təsdiqləyir”,- deyə Zelenskivurğulayıb.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna Rusiya Federasiyasında kimin qərar verdiyini və bu müharibəni kimin bitirməli olduğunu anlayır:

"Bunu bütün dünya da anlayır. Ukrayna texniki səviyyədə bəyanatların və görüşlərin mübadiləsindən liderlər arasında danışıq səviyyəsinə keçməyi təklif edir. Amerika bunu təklif etdi. Ukrayna bunu dəstəklədi. Rusiyanın hazırlığı lazımdır".

ELÇİN
Seçilən
9
2
reyting.az

3Mənbələr