AZ

Lukaşenko: "ABŞ imkan versəydi, Aİ ilə Rusiya birləşərdi"

"Belarus həmişə Rusiyanın yanında olacaq"

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Lakesandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin ilə görüşü zamanı Belarusun həmişə Rusiyanın yanında olacağını bəyan edib.

"Rossiya-24" kanalının efirə verdiyi görüşdə Lukaşenko deyib: "Biz həmişə bir olmuşuq, həmişə Rusiyanın yanında olacağıq".

Lukaşenko Avropa İttifaqına məsləhətlər verib: "Onlar bizimlə kəllə-kəlləyə gəlməməlidirlər, əksinə, dəfələrlə dediyim kimi, birlikdə olmalıdırlar. Avropa İttifaqı ilə Rusiya birləşsəydilər, böyük bir gücə çevrilərdilər. Amma əlbəttə ki, amerikalılar buna imkan verə bilməzlər. Bu, onlar üçün qorxuludur. Çinin varlığından daha qorxulu".

Hürr Tərcüman

 

Seçilən
2
hurriyyet.az

1Mənbələr