AZ

“Mən Ukrayna ilə aparılan danışıqlara müsbət baxıram”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə aparılan danışıqları müsbət qarşıladığını, lakin Rusiyanın hədəflərinin dəyişmədiyini və ordunun cəbhə xəttində irəliləməyə davam etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

 Biildirilib ki, Putin Ukrayna ilə aparılan danışıqlar, cəbhədəki vəziyyət və Rusiyanın hərbi qabiliyyətləri ilə bağlı açıqlamalar verib.

İstanbul görüşlərini ümumilikdə müsbət qiymətləndirdiyini bildirən Putin hər iki tərəfin işçi qruplarının yaradılması ideyasına müsbət yanaşdığını və bu görüşmələrin sakit bir mühitdə davam etdirilməsi barədə razılıq əldə olunduğunu deyib.

Putin danışıqlardan məyus olanların həddindən artıq gözləntilərə qapıldığını söyləyərək, görüşmələrin davam edəcəyini güman etdiklərini, lakin Rusiyanın danışıqlardakı hədəflərinin dəyişmədiyini xüsusi vurğulayıb.

O, həmçinin həm Rusiya, həm də Ukraynanın təhlükəsizliyinin ümumavropa təhlükəsizliyi kontekstində qiymətləndirilməsinin məntiqli olduğunu qeyd edib. Putin, iki ölkənin mümkün güzəştləri müzakirə edə biləcəyi işçi qruplarının yaradılacağına ümid etdiyini də əlavə edib.

Seçilən
14
operativmm.az

1Mənbələr