AZ

Azərbaycanın Çindən idxalı 25%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Çinin ticarət dövriyyəsi 2025-ci ilin birinci yarısında 2 milyard 88 milyon 982 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 451 milyon 363 min dollar və ya 27,6% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2 milyard 42 milyon 726 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 415 milyon 733 min dollar və ya 25,6% çoxdur. 

Qeyd edək ki, ötən ilin birinci yarısında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,6 milyard dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
1
1
banco.az

2Mənbələr