AZ

Saxta xəbərə nəzarət necə olacaq? - “Media qurumları nadir hallarda cəzalandırılır”

“Bu gün təkcə mətn yox, insanın səsi və görünüşü də süni şəkildə kopyalana bilir. Belə olan halda informasiyanın süni və ya real olduğunu müəyyənləşdirmək çətinləşir. Buna görə də jurnalistlər bütün texniki imkanlardan istifadə etməyi bacarmalıdırlar”. 

Bu sözləri mediada yayılan saxta məlumatların qarşısının alınması məqsədilə “Media haqqında” qanuna edilən dəyişiklik barədə “Yeni Sabah”a media ekspert Zeynal Məmmədli deyib.

O qeyd edib ki, jurnalistikada da məhkəmə proseslərindəki “sübut” anlayışına bənzər şəkildə “fakt” anlayışı mövcuddur: Marqarita pizza

“Fakt” dedikdə təsdiqlənmiş bilgi nəzərdə tutulur. Bu təsdiqlənmənin üç forması var: tam təsdiqlənmə, əsasən təsdiqlənmə və qismən təsdiqlənmə. İctimai əhəmiyyəti böyük olan bəzi xəbərlər var ki, tam təsdiqlənməsə belə, yayılmalıdır. Amma mütləq şəkildə məlumatın qismən təsdiqləndiyi qeyd olunmalıdır. 

“Əsasən təsdiqlənmə” dedikdə, biri-birindən asılı olmayan, ən azı iki müstəqil mənbə nəzərdə tutulur. Bu mənbələr eyni qaynaqdan maliyyələşməməlidir. Tam təsdiqlənmə isə xəbərin bütün tərəflərdən dəqiqləşdirilməsi deməkdir. 

Əgər bu üç kriteriya ödənilirsə, həmin material artıq fakt kimi qəbul edilir və heç bir məhkəmə belə jurnalistə yaxın dura bilməz. Dursa belə, zamanla həmin məhkəmə özü də cavab verməlidir”.

Zeynal Məmmədlinin sözlərinə görə, müasir dövrdə saxta məlumatların yayılması süni intellekt texnologiyalarının yayılması ilə daha da çətinləşib:

“Bu gün təkcə mətn yox, insanın səsi və görünüşü də süni şəkildə kopyalana bilir. Belə olan halda informasiyanın süni və ya real olduğunu müəyyənləşdirmək çətinləşir. Buna görə də jurnalistlər bütün texniki imkanlardan istifadə etməyi bacarmalıdırlar. Həmçinin texnologiya ilə rəftarın incəliklərini öyrənmək vacibdir. Ən önəmlisi isə məlumatın ilkin mənbəyini tapmaqdır”.

Z. Məmmədli bəzi hallarda jurnalistikada həqiqətin üzə çıxarılması üçün saxta materiallardan da istifadə olunduğunu deyib. 

Ekspertin sözlərinə görə, bu zaman redaksiya etikası və ictimai müzakirə metodları əsas rol oynayır.

Onun fikrincə, məsuliyyət ilk növbədə redaksiyaların üzərinə düşür:

“Bütün çıxış yolları qanunla tənzimlənməlidir. Bununla yanaşı, MEDİA bu istiqamətdə addım ataraq, saxta xəbərlərə nəzarət edən ayrıca qurum yarada bilər. Agentlik müəyyən büdcə ayırmaqla bu məsələni koordinasiya edə bilər ki, bu da media qurumlarının işini yüngülləşdirər. Xarici media ilə müqayisədə bizdə yayılan informasiyaya görə media qurumları nadir hallarda cəzalandırılır. Bu da redaksiyalarda məsuliyyət hissinin zəifləməsinə gətirib çıxarır. Halbuki cəza məsələləri də qanunla öz əksini tapmalı və ittihamların nə qədər doğru və ya yalan olduğunu ciddi şəkildə araşdırmaq lazımdır”.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr