AZ

Onun haqqında çox monoqrafiyalar, dissertasiyalar yazılacaq Fotolar

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev bu gün səhər saatlarında vəfat edib.  

Axşam.az-ın məlumatına görə, sənət adamları onunla vidalaşmaq üçün məscidə toplaşıblar. 

Əməkdar artist Cabir Abdullayev jurnalistlərə açıqlamasında "Onunla fəxr edirdim. Hər məclisə girəndə hamı ayağa dururdu. Bu, nə demək idi... İnsanlar arasında hər zaman şəxsiyyətini qorudu" sözlərini deyib.

Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu "Muğamın sütunlarından biri idi. Ölməz muğam sənətini yaşadan, gənclərə ötürən az magikanlarından idi. Arif Babayev Azərbaycan musiqisi üçün sima, Qarabağ məktəbinin nümayəndəsindən biri olaraq gəldiyi ilk gündən son gününə qədər xidmət edib. O, yeni bir nəfəs idi" deyə, açıqlamasında bildirib. 

Xalq artisti Vamiq Məmmədəliyev bildirib ki, Arif Babayev saysız tələbə yetişdirib:

"Arif Babayev mənim dostum idi. Bir yerdə çox çörək yemişik. “Xan Şuşinski” məktəbinin davamçısı idi. Bu sənəti davam etdirmək çox çətin idi. Onun ürəyi həmişə muğamla döyündü. Biz uzun illər bir yerdə işləmişik, aramızda böyük səmimiyyət var idi. Bu gün onun həyatda olmamağı… Onun haqqında çox monoqrafiyalar, dissertasiyalar yazılacaq. Tələbələri onu çox sevirdi. Onun dövlət qarşısında çox böyük xidmətləri var idi. Arif müəllim heç vaxt xalqımızın yadından çıxmayacaq. Hamımız üçün ölüm var. Bununla barışmaq lazımdır. Arif müəllim böyük iz qoyub getdi. O yaşayır".

Foto: İlqam Cəbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
axsam.az

1Mənbələr