Bakı. Trend:
Azərbaycana və onun əzəli torpağı olan Qarabağa heç biraidiyyəti olmayan erməni əsilli rəssam Hovanes Ayvazyanın (İvanAyvazovski) 2021-ci ildə Xankəndi şəhərində qanunsuz quraşdırılımışbüstünün qanuni şəkildə demontaj edilməsi Rusiya Dövlət Dumasınınbir sıra deputatlarını yenə anti-Azərbaycan bəyanatlarsəsləndirməyə, necə deyərlər, “vadar” edib.
Baş verən hadisənin “çaşqınlıq” yaratdığı şəxslərdən biri dəDumanın Əmək, sosial siyasət və veteranların işləri üzrəkomitəsinin sədri Yaroslav Nilovdur. O, müsahibəsində nədənsəabidənin götürülməsini siyasiləşdirərək Rusiya-Azərbaycanikitərəfli münasibətlərində olan müəyyən fikir ayrılıqlarınabağlayır və məsələni keçmiş SSRİ ölkələrinin bəzilərində abidələrəqarşı mübarizə kimi qələmə verərək, “qalib oldularmı?” şəklindəritorik sual verir.
Deputat Nilova və onun kimi düşünənlərə xatırlatmaq istəyirəmki, Azərbaycan Respublikasının suveren ərazisində, istər Qarabağ vəya ölkəmizin digər bölgəsində kiməsə abidənin qoyulub-qoyulmamasıqərarını yalnız Azərbaycan dövləti və xalqı verə bilər.
Bu yanaşma bölgəyə heç bir aidiyyəti olmayan və ya ora heç vaxtsəfər belə etməmiş, XIX əsr rus rəssamı kimi təqdim edilən HovanesAyvazyanın abidəsi üçün də istisna deyil.
Ramid Namazov,
Milli Məclisin deputatı