Avqustun 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 4 lot üzrə 65 nəqliyyat vasitəsi satılıb.
Hərracda start qiyməti 23.650 manat olan lot üzrə 62 nəqliyyat vasitəsi 24.123 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3NQuzo linki vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərraclar 5 və 7 avqust tarixlərində keçiriləcək. Avqustun 5-də keçiriləcək hərraca Şəki şəhərində yerləşən əmlak kompleksi və 79 nəqliyyat vasitəsi, avqustun 7-də keçiriləcək hərraca 56 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.