Bakı. Trend:
Bir müddət öncə ölkədə getdikcə artan kibertəhlükəsizlikçağırışlarına cavab olaraq “PAŞA Holding”in dəstəyi ilə AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindənİsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi –“Technion” İnstitutu ilə birgə Azərbaycan KibertəhlükəsizlikMərkəzi təsis edilib. Sözügedən mərkəzin beşinci məzun günükeçirilib.
Bu dəfə məzun olan mütəxəssis sayı 100, ümumi müraciətlərin sayıisə 2400-dən çox təşkil edib. İnidyədək AzərbaycanKibertəhlükəsizlik Mərkəzində 380 peşəkar kibertəhlükəsizlikmütəxəssisi yetişdirilib.
“PAŞA Holding”in dəstəyi ilə kibertəhlükəsizlik sahəsindəregionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllimheyəti Azərbaycana gələrək təlim iştirakçıları ilə ən sonkibertəhlükəsizlik təhdidləri, tendensiyaları barədə yenilikləri vəən yaxşı təcrübələri bölüşüblər.
Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlikcəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır.Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuşsinif otaqları, təlim otaqları, simulyasiya otaqları vəlaboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalardatədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yaradabilirlər.