AZ

31 nəfərin ölümündən sonra: Avropa qərar verdi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək və onların ötürülməsini sürətləndirəcək.

“Cebheinfo.az” xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib. Avropa diplomatiyası rəhbərinin bəyanatı iyulun 31-nə keçən gecə Rusiya ordusunun Kiyevə növbəti zərbəsi endirdikdən sonraya təsadüf edib. Ukrayna hakimiyyətinin məlumatına görə, 31 nəfər həlak olub, 16-sı uşaq olmaqla 159 mülki şəxs yaralanıb.

"Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi zərbələr əxlaqsızlıqdır, onların məqsədi mülki insanları öldürməkdir. Ukrayna üçün daha çox silah və Rusiyaya qarşı daha sərt sanksiyalar müharibəni bitirməyin ən sürətli yoludur", - Kallas vurğulayıb.

Cümə günü Almaniyanın müdafiə naziri Boris Pistorus Almaniyanın iki Patriot hava hücumundan müdafiə sistemini Kiyevə təhvil verəcəyini açıqlayıb.

Onun sözlərinə görə, yaxın günlərdə buraxılış qurğuları, daha sonra isə iki-üç aydan sonra sistemin əlavə komponentləri gətiriləcək.

Bunun müqabilində ABŞ təcili olaraq Berlinə yeni “Patriot” sistemləri göndərəcək və bu sistemlər Almaniya tərəfindən ödəniləcək. Ukraynadakı müharibə göstərir ki, “Patriot” Rusiya ballistik raketlərinin qarşısını almaqda effektivdir. Almaniya artıq Ukraynaya üç belə sistem verib.

Xəzər

“Cebheinfo.az”

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr