Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
"Telefonum susmur, zəng-zəngə calanıb, hamı məni təbrik edir, sevincliyəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Fəxrəddin Manafov "Şöhrət” ordeni ilə təltif olunması sərəncamından danışarkən deyil. Aktyor onu təbrik edənlərə təşəkkür edib.
"Mən də hamı kimi sevinirəm. Sabah həm Milli Kino Günü, həm də 70 illik yubilieyimdir. Hər halda bayram oldu mənim üçün".
Qeyd edək ki, Prezident İlham Əliyev Xalq artisti Fəxrəddin Manafovu mükafatlandırıb. Sərəncama əsasən, Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Fəxrəddin Manaf oğlu Manafov "Şöhrət” ordeni ilə təltif edillib.
Bahar Rüstəmli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.