AZ

DİQQƏT: Yapon böcəyi HƏYƏCANI

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın Freiburg şəhərində istilacı Yapon böcəyi (Popillia japonica) səbəbindən fövqəladə tədbirlər qüvvəyə minib. 1 avqust 2025-dən etibarən şəhərin dəmir yolu stansiyası ətrafı və şimal hissəsi “bulaşma zonası” elan edilib. Bu ərazilərdə çimərliklərin və yaşıl sahələrin sulanması qadağan olunub.

News24.az xəbər verir ki, mütəxəssislərə görə, bu böcəklər yumurtalarını nəmli çimlərə qoyduqları üçün sulama yasağı xüsusi əhəmiyyət daşıyır. Yumurtadan çıxan sürfələr çim köklərini məhv edərək torpağın çökməsinə səbəb olur. Bulaşma zonası ilə yanaşı, ətraf tampon bölgələrdə də torpaq və bitki örtüyü yalnız rəsmi icazə ilə daşına bilər.

Asiya mənşəli bu böcək Almaniyada təbii düşməni olmayan, sürətlə yayılan təhlükəli bir növdür. 400-dən çox bitki növünü təhdid edən Popillia japonica meyvə bağlarından ev həyətlərinə qədər geniş sahələrə zərər verə bilər. Yetkililər bu böcəyi görənlərin dərhal məlumat verməsini istəyir.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
news24.az

2Mənbələr