AZ

“Malmö” Sumanı satanda da “Zirə” qazana biləcək?

Ötən mövsüm “Zirə”nin və Azərbaycan çempionatının ən yaxşılarından olan Salifi Sumanın “Malmö”yə keçdiyi məlumdu.

1 milyon 200 min avro “transfermarkt” dəyəri olan Salifiyə görə skandinaviyalılar “Zirə”yə 1 milyon 300 min avro ödəyib. Bəs bundan sonra da ödəniş olacaqmı? Necə? Belə ki, adətən, bəzi transferlərdə “sonrakı satışdan pay” maddəsi olur. Məsələn, bu pay 10 faiz olarsa, “Malmö” Sumanı 10 milyona satsa, onun 1 milyonu da avtomatik “Zirə”yə ödəniləcək. Bu maddənin olub-olmadığını öyrənmək üçün klubla əlaqə saxladıq. Bizə dedilər ki, müqavilə klublar arasında olan məxfi məsələdi. Bu barədə mediaya hansısa açıqlama vermək mümkün deyil.

Belə maddə olarsa, “Zirə” “Malmö”nün ödədiyi puldan daha çox gəlir əldə edə bilər – ümid edək ki, var...

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
19
1
football-plus.az

2Mənbələr