Bakı, 1 avqust, AZƏRTAC
Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanlar üçün sənəd qəbulunun vaxtı avqustun 4-dək uzadılıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçə bilərlər.