AZ

Putin: Aİ suverenliyini tam itirib

Ajans.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) siyasi suverenliyini tamamilə itirib və bu, iqtisadi nəticələrə də səbəb olur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib, – TASS xəbər verir “Əvvəllər də aydın idi ki, Avropa İttifaqının suverenliyi elə də çox deyil. Bu gün isə tamamilə bəlli oldu ki, ümumiyyətlə yoxdur. Baş verən kritik vəziyyət fonunda bunun ardınca iqtisadi itkilər də gəlir”, – deyə Rusiya lideri bildirib. Bununla yanaşı, Putin vurğulayıb ki, siyasi suverenliyin mövcudluğu iqtisadi artım və sabitliyin təmin olunmasında əsas rol oynayır. Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp 27 iyulda Avropa İttifaqı ilə imzalanan ticarət sazişi ilə “Avropanı darmadağın edib”.

Medvedevin fikrincə, həmin saziş Avropadan ABŞ-a güclü sərmayə axınını yönləndirir və bu, avropalılar üçün tamamilə alçaldıcı bir addımdır.

Seçilən
12
Ajans.az

1Mənbələr