AZ

Kredit qoyuluşlarının iqtisadi rayonlar üzrə bölgüsü açıqlanıb

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının 1 iyul 2025-ci il tarixinə olan statistik bülletenində kredit qoyuluşlarının iqtisadi rayonlar üzrə bölgüsü açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın rəsmi bülletenində öz əksini tapıb.

Qrafikdə təqdim olunan məlumata əsasən, regionlar arasında Abşeron-Xızı iqtisadi rayonu 17%-lik göstərici ilə ilk sırada yer alıb.

Daha sonra Mərkəzi Aran 13%, Gəncə-Daşkəsən və Lənkəran-Astara iqtisadi rayonları isə müvafiq olaraq 10% və 9% payla ardıcıl gəlir.

Qarabağ, Şəki-Zaqatala, Quba-Xaçmaz, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarının hər biri 7%-lik payla eyni göstəricini bölüşür. Mili-Muğan və Qazax-Tovuz iqtisadi rayonlarının hər biri 8%, Dağlıq Şirvan isə 5% payla təmsil olunur.

Ən aşağı göstərici isə Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir – bu bölgənin kredit qoyuluşlarında payı cəmi 0% olub.

Qeyd edək ki, təqdim olunan statistik göstəricilərə Bakı şəhəri daxil edilməyib. Bu, paytaxtın kredit portfelində xüsusi çəkisinin yüksəkliyi ilə izah olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
bakivaxti.az

1Mənbələr