AZ

Dünyanın ən məşğul şəhəri su altında qaldı FOTO

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin şərqini təsiri altına alan güclü fırtınalar, dünyanın ən məşğul şəhəri kimi tanınan Nyu- Yorkdakı metroları su quyularına çevirdi. 

"Cebheinfo.az" xəbər verir ki, Nyu- Yorkdan Vaşinqtonadək bir çox böyük şəhərdə həyat iflic olub. Güclü yağışlar və qəfil su basqınları səbəbilə Nyu- York və Nyu- Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib. 

Dünyanın ən böyük şəhərlərindən biri olan Nyu- Yorkda küçələr çaya çevrilib, ictimai nəqliyyat dayanıb, metro stansiyaları su ilə dolub. Şəhər rəsmiləri gün ərzində vətəndaşlara evlərində qalmağı və zəruri olmadıqca yola çıxmamağı tövsiyə ediblər. 

Nyu- Yorkda metrolar su altında qaldı, ictimai nəqliyyat tamamilə çöküb. Bəzi avtobusların içi tamamilə su ilə dolub. Bruklində 7-ci küçə stansiyasının divarlarından su partlayaraq axıb. Kinsdə isə bir qatar relslərin su altında qalması səbəbilə dayanıb. Yanğınsöndürmə dəstələri sinə hündürlüyünə çatan çirkli suların içində sərnişinlərə çatmağa çalışır. 

Avtomobillər, hətta bir yük maşını belə suya qərq olub. Şəhərin nəqliyyat infrastrukturunun demək olar ki, tamamilə iflicdir. Metro dayandırılıb. Səhər saatlarında baş verən elektrik kəsintisindən sonra gələn daşqınlar MTA avtobuslarına da təsir edib. Şəhərətrafı qatarlar iş saatın sonunda lnəğv olunub. 

Nyu- York, Nyu -Cersi, Vaşinqton və Filadelfiyadakı hava limanlarında uçuşlar pozulub. Merilend ştatında, Baltimorun şimalında isə çoxsaylı xilasetmə əməliyyatı həyata keçirilib. Nyu- York ştatının qubernatoru Keti Hoçul şəhər və ətraf əyalətlər üçün fövqəladə hal elan etdiyini açıqlayıb.

Reading şəhərində bir saat ərzində 7,5 santimetr yağış yağıb. Şəhər küçələrində avtomobillər yarıyadək suya batıb. Təcili yardım xidmətləri yolları bağlayıb. Amtrak isə Filadelfiya ilə Uilmington arasındakı reysləri suyun yüksək səviyyəsinə görə dayandırıb. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr