AZ

Arif Babayev dəfn edildi YENİLƏNİB VİDEO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.

Bakupost.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Ardınca cənazə dəfn olunmaq üçün Fəxri xiyabana aparılıb.

Dəfn mərasimində mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, mərhumun sənət yoldaşları, ailə üzvləri, mədəni-ictimai xadimlər iştirak ediblər.

***

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Bakupost.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

***

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

Bakupost.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
14
www.bakupost.az

10Mənbələr