Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müğənni Kərim Abbasovu Nardaran pirinə (Rəhimə xanım ziyarətgahı) buraxmayıblar.
Bakupost.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkədə özü məlumat yayıb.
O bildirib ki, ailəsi ilə birlikdə ziyarətə gedib, polis onu içəri buraxmayıb:
"Ailəmlə ziyarət edə bilmədim. Orada polis yaxınlaşır ki, girə bilməzsiniz. Səbəb odur ki, şəhərdən gələnlərə içəri keçməyə icazə yoxdur. Eyni ölkədə yaşamırıq? Niyə şəhərdən gələn adamm ziyarət edə bilməz? Biz adam, müsəlman deyilik? Bu nə qaydadır, qanundur? Şəxsiyət vəsiqəsində Nardaran qeyd olunmalıdır. Başqa cür mümkün deyil".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.