AZ

Serbiyada dövlət çevrilişi cəhdi Prezident fövqəladə çağırış etdi, nazirə hücum baş verdi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin genişmiqyaslı çevriliş cəhdi” ilə üzləşdiyini bəyan edib. 

Bu açıqlamadan dərhal sonra Milli Təhlükəsizlik Şurası fövqəladə iclasa çağırılıb. Eyni saatlarda isə xarici işlər naziri Marko Duriçin azyaşlı qızları ilə gəzinti zamanı küçədə hücuma məruz qaldığı məlum olub.

Baş Prokurorluq hadisəni onun “xüsusi təhlükəsizliyini təhdid edən” hücum kimi qiymətləndirib. Qeyd olunur ki, həmin şəxs saxlanılıb və istintaqa cəlb olunub.

Məlumata görə, siyasi gərginlik artıq küçələrə də yayılıb. Novi Pazar şəhərindəki DUNP Universitetinin tələbələri, rektorluq və yerli idarə ilə yaşanan gərginliyə görə bir neçə gündür kampus və bələdiyyə binası qarşısında aksiya keçiriblər. Ölkənin müxtəlif bölgələrində dövlət binalarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Serbiya mediasının yazdığına görə, çevriliş planı Avropa dairələrinin təsiri ilə hazırlanıb və bu prosesdə Təşkilatlanmış Cinayətkarlıqla Mübarizə Prokuroru Mladen Nenadiç, Baş Prokuror Yasmina Qaniç, eləcə də Serbiya Kriminal Polisi və Organizə Cinayətkarlıqla Mübarizə İdarəsinin (SBPOK) bəzi əməkdaşları iştirak edib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azpolitika.info

1Mənbələr