AZ

Marsda aşkarlanan bu əşya elm aləmində HƏYƏCAN DOĞURDU

NASA-nın “Perseverance” adlı araşdırma aparatı ilə Mars səthində apardığı son tədqiqatlar Qırmızı Planetin sirli keçmişinə dair yeni ipucları təqdim edib. Əldə olunan yeni görüntülərdə, demək olar ki, mükəmməl formalı və qeyri-adi dərəcədə yuvarlaq daş kürəciklər müşahidə olunub. Bu strukturlar, 2004-cü ildə Opportunity aparatı tərəfindən Meridiani Planum bölgəsində tapılmış və formal benzərliklərinə görə “blueberry” (yaban mersini) adlandırılan daşlarla böyük oxşarlıq göstərir. Lakin bu dəfəki tapıntının mənşəyi tamamilə fərqlidir.

News24.az xəbər verir ki, əvvəlki “yaban mersini” adlandırılan kürəciklərin su ilə dolmuş mühitlərdə meydana gəldiyi məlum idi. Bu dəfə aşkarlanan strukturlar isə yüksək istilik və şiddətli təsirin nəticəsi ola bilər. NASA alimləri hesab edir ki, bu daşlar ya vulkanik püskürmədən qaynaqlanan lavın sürətlə soyuyub bərkiməsi, ya da meteorit zərbəsi nəticəsində ərimiş maddələrin qəfil soyuyaraq kürə formasını alması ilə yaranmış ola bilər.

"Witch Hazel Hill" adlandırılan ərazidə aparılan müşahidələr göstərir ki, bəzi kürəciklər qayaların içində batmış vəziyyətdədir, digərləri isə səthdə sərbəst şəkildə dayanır. Bu isə onların güclü və ani xarici təsir nəticəsində formalaşdığını ehtimal etməyə əsas verir.

İki əsas fərziyyə üzərində dayanılır:

Vulkanik mənşə: Daşların lav püskürməsi zamanı əmələ gəldiyi və sürətlə soyuyaraq bu cür yuvarlaq forma aldığı ehtimal olunur.

Kozmik çarpma: Meteorit zərbəsi nəticəsində səthdəki materialların əriməsi və soyuyaraq bu cür kürə forması alması da mümkün sayılır.

Araşdırma qrupunda çalışan elm adamları bildirirlər ki, bu kəşf Marsın erkən geoloji və kozmik tarixini anlamaq baxımından çox əhəmiyyətlidir. Xüsusilə Jezero Krateri ətrafındakı qədim vulkanik izlər və çarpma nəticəsində yaranan strukturlar, Marsın bir zamanlar nə qədər aktiv bir planet olduğunu sübut edir.

Hər iki ssenari də Mars səthində zamanla nələrin baş verdiyinə dair biliklərimizi genişləndirir və bu qırmızı planetin keçmişinə işıq salır.

Xeyrənsə Piriyeva

Seçilən
28
1
news24.az

2Mənbələr