AZ

“Avropa Parlamenti tərəfdaşla belə danışmamalıdır” – Levan Maxaşvili – ÖZƏL

Avropa İttifaqı ilə tərəfdaş münasibətlərində qarşılıqlı hörmət vacibdir. Lakin təəssüf ki, bizə uzadılan dialoq əli əvəzinə, Avropa Parlamenti tərəfindən yalnız bəyanatlar, teleqramlar və qətnamələrlə cavab verilir. Bu, tərəfdaşlıq münasibətlərinə uyğun yanaşma deyil.

Olaylar.az xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin Avropa ilə inteqrasiya komissiyasının sədri Levan Maxaşvili jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, əgər bir tərəfdaşın münasibətləri sizin üçün doğrudan da əhəmiyyətlidirsə, onunla bu cür danışmamalısınız.

Maxaşvilinin sözlərinə görə, Gürcüstan tərəfi yaxın günlərdə Avropa Komissiyasına bütün aidiyyəti materialları təqdim edəcək. O bildirib ki, parlament müvafiq məlumatları hazırlayıb və bu məlumatlar Xarici İşlər Nazirliyi tərəfindən toplanaraq yekun sənəd halında Avropa Komissiyasına göndəriləcək.

"Parlamentin yaz sessiyası dövründə Gürcüstanda bir sıra mühüm addımlar atılıb. Bunlara vizasız rejimlə bağlı məsələlər, qeyri-qanuni miqrasiya, sığınacaq siyasəti, mütəşəkkil cinayətkarlıqla mübarizə kimi sahələr daxildir. Bu istiqamətlərdə həm qanunverici, həm də icraedici orqanlar tərəfindən görülmüş işlər barədə məlumat Avropa Komissiyasına vaxtında təqdim olunacaq," - deyə o bildirib.

Maxaşvili vurğulayıb ki, Gürcüstan bir tərəfdən milli maraqları qorumağa, digər tərəfdən isə Aİ-nin və onun vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır.

"Biz hər zaman ədalət və bərabərlik prinsipləri əsasında istənilən məsələləri müzakirəyə hazırıq. Hər iki tərəf düşünməlidir ki, münasibətləri normallaşdırmaq üçün nə etmək olar - amma bu, 'mən belə istəyirəm, sən etməlisən' yanaşması olmamalıdır," - deyə Levan Maxaşvili əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr