AZ

Turist axını dağ sakinlərini bezdirdi: 100 avroluq giriş haqqı tələb edirlər

 İtaliyanın şimalındakı Dolomit dağlarında turist axını yerli sakinləri narahat edib. 

Sherg.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bölgəyə hər gün minlərlə insan gəlir. Kəndçilər özəl ərazilərinə icazəsiz girişin qarşısını almaq üçün 5 avro giriş haqqı olan turnikələr quraşdırıblar.

Alto Adige Alp klubunun rəhbəri Carlo Zanella sosial media fenomenlərini ekoloji zərərlərə görə günahlandırır və bəzi "influencer" hesablarının bağlanmasını təklif edir. Bəzi yerli sakinlər turist axınına qarşı 100 avroluq giriş haqqının tətbiqini istəyir.

Turizm qurumları isə turnikələrə qarşı çıxır və məsələ ilə bağlı rəsmi qurumlara müraciət ediblər. Oxşar tədbirlər İtaliyanın digər bölgələrində də görünməkdədir.



Seçilən
55
1
sherg.az

2Mənbələr