AZ

Kamboca Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcək

Kamboca Baş nazirinin müavini San Çantol bəyan edib ki, Kamboca ABŞ prezidenti Donald Trampı ölkə ilə Tailand arasında atəşkəsə verdiyi töhfəyə görə təşəkkür olaraq Nobel Sülh Mükafatına namizəd göstərəcək.

Onun sözlərinə görə, ABŞ prezidenti olmasaydı, razılaşma çətin ki, bağlanardı. “O, təkcə Kamboca ilə bağlı işinə görə deyil, digər ölkələr üçün də Nobel mükafatı almalıdır”, – San Çantol qeyd edib.

Baş nazirin müavini Kambocanın ABŞ-dən tətbiq edilən rüsumlardan azad olunmağa ümid etdiyini də əlavə edib.

Tramp dünən gecə Kambocaya 19% tarif tətbiq edib, bu da prezidentin aprel ayında elan etdiyi 49%-dən xeyli aşağıdır.

Xatırladaq ki, Tailand və Kamboca arasında atəşkəs razılaşması iyulun 28-də qüvvəyə minib. Döyüşlər 24-dən gedirdi. Ən azı 35 nəfər həlak olub. Tərəflər arasında münaqişə Tamoanthom, Tamoantauç və Takrabay məbədləri ətrafındakı mübahisəli ərazilər üzərində yaranıb. Kamboca iyun ayında bu ərazilərə sahiblik məsələsini Beynəlxalq Ədalət Məhkəməsinə verib, Tailand isə bu addımla razılaşmayıb.

Seçilən
28
banker.az

1Mənbələr