AZ

Özbəkistanda müəllimlərin maaşları 10% artırıldı

Özbəkistan hökuməti dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan əməkdaşların maaşlarını 10% artırıb. Bu barədə ölkə prezidenti 2 iyun 2025-ci il tarixində fərman imzalayıb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, fərmana əsasən, müəllimlərin yeni maaş dərəcələri aşağıdakı kimidir:

Orta ixtisas təhsilli müəllimlər – 3,468,585 soʻm

Ali təhsilli müəllimlər – 3,729,906 soʻm

II dərəcəli müəllimlər – 4,175,834 soʻm

I dərəcəli müəllimlər – 4,653,151 soʻm

Ali dərəcəli müəllimlər – 5,142,053 soʻm

Bundan əlavə, məktəb direktorları və digər pedaqoji heyət üçün də maaşlar artırılıb:

Məktəb direktoru – 5,166,485 soʻmdan 6,187,933 soʻmədək

Direktor müavinləri – 4,825,345 soʻmdan 5,849,691 soʻmədək

Psixoloqlar – 3,356,916 soʻmdan 4,072,508 soʻmədək

Bu artım müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması və təhsil sektorunun inkişafının dəstəklənməsi məqsədi daşıyır.

Ölkənin təhsil nazirliyi artımın müəllimlərin sosial müdafiəsini gücləndirəcəyini və təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə töhfə verəcəyini bildirir.

Seçilən
12
azedu.az

1Mənbələr