Ermənistana gələn iranlı turistlərin sayı ildən-ilə durmadan artmaqda davam edir.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinin sədri Lusine Gevorqyan mediaya açıqlamasında bildirib.
2024-cü ildə Ermənistana 180 minə yaxın iranlı turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 30 min nəfər çoxdur.
2021-ci illə müqayisədə Ermənistana gələn iranlı turistlərin sayı iki dəfə artıb.