AZ

"Qarabağ" çətinliklə də olsa, "Şkendiya"nı keçəcək" - Samir Əliyev

UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsində İrlandiya təmsilçisi "Şelburn"u mübarizədən kənarlaşdıran "Qarabağ" (3:0, 1:0) növbəti raundda "Şkendiya" ilə qarşılaşacaq. Ağdamlılar Rumıniyanın FCSB komandasını hər iki matçda yenən (1:0, 2:1) şimali makedoniyalıları keçəcəkləri halda, ÇL-in pley-offuna yüksəlməklə yanaşı, artıq UEFA Avropa Liqasının qrupunu da təmin edəcəklər. Tanınmış məşqçi, Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb "köhlən atlar"ın "Şkendiya" ilə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Açığı, "Şkendiya"nın "Qarabağ"a rəqib olacağını heç kim gözləmirdi. Bu komandanın həm evdə, həm də səfərdə FCSB-ni məğlub etməsi sensasiya sayıldı. Həm də Şimali Makedoniya təmsilçisi sübut etdi ki, Çempionlar Liqasında zəif rəqib yoxdur. Əlbəttə, istənilən matçın kağız üzərində favoriti olur. Qalib tərəf isə meydanda müəyyənləşir. Baxmayaraq ki, "Şkendiya" da avrokubokların daimi iştirakçısıdır, heyətində təcrübəli futbolçular cəmləşib, bu cütün favoriti "Qarabağ"dır. Düşünürəm ki, "Şkendiya" ilə matçlarda "Qarabağ"ın işi asan olmayacaq. Amma məncə, "Qarabağ" çətinliklə də olsa, "Şkendiya"nı keçəcək".

Nihat

Seçilən
21
1
fanat.az

2Mənbələr