AZ

Pakistan ABŞ ilə tarif danışıqlarının uğurla başa çatdığını elan edib

Pakistan hökuməti ABŞ ilə tarif danışıqlarının uğurla başa çatdığını elan edib.

"Report" xəbər verir ki, bu barədə Pakistan maliyyə nazirinin müşaviri Xurram Şehzad “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Əldə edilmiş razılaşmaya əsasən, Pakistanın ABŞ-yə ixracına 19 %-lik tarif tətbiq ediləcək.

"Bu addım Vaşinqtonun balanslaşdırılmış və strateji yanaşmasını əks etdirir. Bu isə Pakistan mallarının ABŞ bazarında, xüsusilə Cənubi və Cənub-Şərqi Asiyanın digər ölkələri ilə rəqabət fonunda rəqabətqabiliyyətliliyini qorumağa imkan verir", - müşavir yazıb.

O bildirib ki, razılaşma Pakistanın ixrac potensialının genişləndirilməsi üçün əhəmiyyətli perspektivlər yaradır.

Toxuculuqdan əlavə, Pakistan energetika, kriptovalyutalar, süni intellekt və faydalı qazıntıların emalı kimi sahələrdə də ixracın artacağına ümid edir.

Bəyanatda, həmçinin davamlı iqtisadi artımın qarşılıqlı məqsədlərinə nail olmaq üçün ABŞ ilə gələcək strateji əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Seçilən
21
report.az

1Mənbələr