AZ

Təyyarədə yerindən qalxan sərnişinlər CƏRİMƏLƏNDİ

Polis Sofiya-İstanbul reysi ilə uçan Pegasus təyyarəsinin bir neçə sərnişinini göyərtədə davranış qaydalarını pozduqlarına görə cərimələyib.

“İki sahil” xəbər verir ki, bu barədə HavaSosyalMedya məlumat yayıb.

İnsident bir neçə nəfərin ekipajın tələblərinə məhəl qoymadan mühərriklər tam dayanmadan yerindən qalxdıqdan sonra baş verib.

Türkiyə Mülki Aviasiya Baş Müdirliyinin qaydalarına görə, mühərriklər tamamilə dayanmadan oturacaqlarından ayağa qalxan sərnişinlər inzibati cəriməyə məruzqalır və aviaşirkətin "qara siyahı"sına salınırlar.

PC272 reysinin videoyazısında üç qadının koridorda dayandığı görünür, stüardessa onlardan ingiliscə öz yerlərinə qayıtmağı xahiş edir. Bu zaman türk və ingilis dillərində mühərriklər tamamilə dayanana qədər oturacaqlarından ayağa qalxmamalarını tələb edən elan verilir. Ekipaj sərnişinləri razı salmağa çalışsa da, heç bir nəticə vermədiyi üçün polis çağırılıb.

Seçilən
2
ikisahil.az

1Mənbələr