AZ

Azərbaycan konsertini ləğv edən Rza Tamer Sedat Pekerə də səsləndi - VİDEO

Azərbaycan konsertini ləğv edən Rza Tamer Sedat Pekerə də səsləndi - VİDEOMəşhur müğənni Rıza Tamer, Azərbaycandakı planlaşdırılmış konsertini ləğv etdiyini açıqlayıb. Səbəb olaraq isə ölkədə Türk lirəsinin keçərli olmamasını göstərib. Sənətçi bu qərarı ilə həm dəstək, həm də tənqid mesajları alıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Beyaz Pabuçlar", "Bu Kadın Hiç Ağlar mı" və "Adam Olmaz" kimi sevilən mahnıları, eləcə də Zeynep Bastık ilə etdiyi duetlə son dövrdə adından tez-tez söz etdirən Tamer, bu dəfə konsertini iptal etməsi ilə gündəmə gəlib.

Müğənni qərarının səbəbini belə izah edib:

"Məkanla bağlı heç bir problem yaşamadıq. Əksinə bizimlə çox yaxşı davrandılar. Amma Azərbaycanda Türk lirəsinin keçmədiyini gördükdən sonra səhnəyə çıxmama qərarı verdim. Türk pulunun keçərli olmadığı heç bir ölkədə konsert verməyəcəyəm."

Tamer bu açıqlamasından qısa müddət sonra başqa bir video paylaşaraq Sedat Pekerə səslənib. O, konsertin ləğv edilməsindən sonra aldığı təhdidlər barədə bunları deyib:

"Sedat Pekerə sonsuz hörmətlərimi bildirirəm. Azərbaycanda konsertimi ləğv etdiyim məkanın sənə aid olduğu deyilərək mənə zəng etdilər, təhdid etdilər. Əgər kimsə sənin adını istifadə edərək bunu edirsə, 4 saat buradayam. Buyur gəlin"

Seçilən
34
sonxeber.az

1Mənbələr