AZ

Azərbaycanın olimpiya idmançıları arasında avqust ayının reytinq lideri açıqlanıb - Nazirlik

Gənclər və İdman Nazirliyi avqust ayı üzrə olimpiya idman növlərində çıxış edən Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

Finss.az-ın məlumatına görə, siyahıya 330 xalla cüdoçu Zelim Tçkayev başçılıq edir. Onun ardınca 320 xalla digər cüdoçu Zelim Kotsoyev ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə 310 xal toplamış Elcan Hacıyev tamamlayır.

Reytinq cədvəlində cüdoçuların üstünlüyü aydın şəkildə görünür. Belə ki, ilk beşlikdə dörd cüdoçu yer alıb və bu, həmin idman növündə əldə olunan yüksək nəticələrlə əlaqələndirilir.

Nazirlikdən verilən məlumata görə, reytinq cədvəli hər ayın əvvəlində idmançıların beynəlxalq və yerli yarışlarda topladığı xallar əsasında yenilənir.

Avqust ayının ilk onluğuna daxil olan idmançılar aşağıdakılardır:

1. Zelim Tçkayev (cüdo) – 330 xal
2. Zelim Kotsoyev (cüdo) – 320 xal
3. Elcan Hacıyev (cüdo) – 310 xal
4. Rəşid Məmmədəliyev (cüdo) – 210 xal
5. Uşanqi Kokauri (cüdo) – 190 xal
6. Nikita Simonov (kişi idman gimnastikası) – 165 xal
7. Qurban Qurbanov (yunan-Roma güləşi) – 160 xal
8. Giorgi Meşvildişvili (sərbəst güləş) – 150 xal
9. Həsrət Cəfərov (yunan-Roma güləşi) – 150 xal
10. Nihat Məmmədli (yunan-Roma güləşi) – 150 xal

Seçilən
22
fins.az

1Mənbələr