AZ

Minsk Vaşinqtonla danışıqlar aparır – Rıbakov

“Biz Dövlət Departamentinin, ABŞ Prezident Administrasiyasının və Milli Təhlükəsizlik Şurasının nümayəndələri ilə daimi əlaqə saxlayırıq”.

Bakues.az “Belarus-1” telekanalına istinadən xəbər verir ki, bunu Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov deyib.

O, bildirib ki, Belarus ABŞ ilə daimi təmasdadır və gələcək qarşılıqlı addımlar hazırlanır.

“Proses davam edir. Biz Dövlət Departamentinin, ABŞ Prezident Administrasiyasının, Milli Təhlükəsizlik Şurasının nümayəndələri ilə daimi təmasdayıq. Məsləhətləşmələr və danışıqlar davam edir. Hər iki tərəfdən növbəti addımlar hazırlanır. Hər şey çox məhsuldar inkişaf edir”, – Rıbakov qeyd edib.

Onun sözlərinə görə, dünyada baş verən təlatümlü hadisələri və bütün iştirak edənlərin böyük iş yükünü nəzərə alsaq, proses Minskin istədiyi qədər sürətlə getmir.

Asim

Seçilən
21
icma.az

1Mənbələr