AZ

Nyu-York və Nyu Cersidə fövqəladə vəziyyət elan edilib

ABŞ-ın şərq sahillərində yağan güclü yağış səbəbindən Nyu-York və Nyu Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında yağan güclü yağış daşqınlara səbəb olub.

Yağış şəhərdaxili nəqliyyatın hərəkətini dayandırıb, stansiyalara ziyan vurub. Nyu-Yorkda bəzi metro stansiyalarının su altında qaldığı, Nyuark, LaQuardia və Con Kennedi hava limanlarında çoxsaylı reyslərin ləğv edildiyi bildirilir.

Nyu-York meri Erik Adams güclü yağış və daşqın səbəbindən yerli vaxtla səhər saat 8:00-a qədər fövqəladə vəziyyət elan edib. Adams zirzəmidəki mənzillərin sakinlərinə daha yüksək yer axtarmaları barədə xəbərdarlıq edib. Merilend ştatında, "Carroll County" Yanğınsöndürmə İdarəsi bir uşağın sel sularında sıxışaraq öldüyünü bildirib. Sinoptiklərin proqnozlarına görə, bəzi ərazilərdə yağıntının sürəti saatda 7,5 santimetrə, ümumi yağıntı isə 13-20 santimetrə çata bilər.

Müəllif: Ceyhun Rasimoğlu
Seçilən
15
3
sia.az

4Mənbələr