AZ

"BRAND CREDITBOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR

"BRAND CREDIT BOKT" MMC istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir.

Marja xəbər verir ki, kredit təşkilatı hər birinin nominal dəyəri 1000 manat olan 1000 ədəd Faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar buraxıb.

İstiqrazlar üzrə illik faiz dərəcəsi 15 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən) hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödəniləcəkdir. 

Qeyd edək ki, "BRAND CREDIT BOKT" MMC-nin nizamnamə kapitalı1 milyon 900 min manat təşkil edir.

"Brand Credit BOKT" Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən fəaliyyət göstərir.

brandcredirbrand-credir-boktistiqraz
Seçilən
6
marja.az

1Mənbələr