Ukraynanın “Aleksandriya” futbol klubu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Serbiyanın “Partizan” klubuna qarşı keçirəcəyi matç öncəsi qalmaqallı hadisə ilə üzləşib.
Publika.az xəbər verir ki, Belqradda baş tutan qarşılaşma öncəsi ukraynalı futbolçulara ölkələrinin bayrağı ilə meydana çıxmaq qadağan olunub. Bu barədə klub rəsmi bəyanat yayıb:
“Biz Belqrada mühüm qarşılaşma üçün gəldik, lakin gözlənilmədən Ukrayna bayrağı ilə meydana çıxmağımıza qadağa qoyuldu. Bu qərar bizi dərin şəkildə məyus etdi. Bayrağımız bizim üçün sadəcə bir parça deyil, bu, kimliyimizin, azadlığımızın və sarsılmaz iradəmizin rəmzidir. Bütün dünyaya bəyan edirik: biz hər zaman Ukrayna bayrağı ilə çıxmışıq və çıxacağıq, istər futbol meydanında, istər beynəlxalq yarışlarda, istərsə də dünyanın istənilən nöqtəsində. Bu bayraq bizim qəlbimiz, iradəmiz və birliyimizdir. Biz Ukraynik və Ukrayna həmişə bizimlə olacaq – ürəyimizdə və əlimizdə”.
“Aleksandriya” bəyanata komandanın soyunub-geyinmə otağında Ukrayna bayrağı ilə çəkilən fotosunu da əlavə edib.