AZ

Almaniya ABŞ ilə razılığa gəldi: Kiyevə yeni "Patriot"lar veriləcək

Almaniya yeni "Patriot" hava hücumundan müdafiə sistemləri alması ilə bağlı ABŞ ilə razılığa gəlib və bu da Almaniyaya iki köhnə sistemi Ukraynaya tədarük etməyə imkan verəcək.
 
Moderator.az -ın xəbərinə görə, bu barədə Almaniya Müdafiə Nazirliyindən məlumat verilib.
 
"Almaniya lap əvvəldən Ukraynaya sistem komponentləri təhvil verməyə hazır olduğunu bəyan edib. Məcburi şərt ABŞ istehsalçısı tərəfindən yeni "Patriot" sistemlərinin tez bir zamanda çatdırılması idi ki, biz alyans qarşısında öhdəliklərimizi yerinə yetirməyə davam edə bilək. Bu öhdəlik ABŞ tərəfindən yerinə yetirildi. Beləliklə, Almaniya Ukraynanı ilk növbədə buraxılış qurğuları, daha sonra isə "Patriot" sisteminin əlavə komponentləri ilə təmin edə bilər", - deyə Almaniyanın müdafiə naziri Boris Pistorus bildirib.
 
Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Bundesver yaxın günlərdə Ukraynaya əlavə "Patriot" buraxılış qurğuları tədarük edəcək. Sistemin əlavə komponentləri yaxın iki-üç ay ərzində Kiyevə təhvil veriləcək.
Seçilən
3
moderator.az

1Mənbələr