AZ

Viktor Orban AK sədrini sərt tənqid edib

AzVision.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının efirində Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin ünvanına belə ittiham səsləndirib.

“Avropa Komissiyasının sədri Amerika qarşısında səlahiyyətinə aid olmayan öhdəliklər götürüb”,- Viktor Orban Ursula fon der Lyayenin Vaşinqtona verdiyi vədləri şərh edərkən deyib.

Siyasətçi müqavilənin təkcə idxal rüsumlarına yox, həm də Ukraynaya silah tədarükünə, 750 milyard dollar dəyərində Amerika enerji resurslarının alınmasına və ABŞ iqtisadiyyatına 600 milyard dollar həcmində Avropa investisiyalarına dair məxfi bəndə aid olduğuna diqqət çəkib.

- Aİ liderlərindən heç kim, o cümlədən də mən AK sədrinə bizim adımızdan belə sazişlər bağlamağa səlahiyyət verməmişik. Demək istəyirəm ki, ciddi bir problem yaranıb və problem göründüyündən daha dərindir”,- Macarıstanın baş naziri vurğulayıb.

Politico: “Tramp Brüsselə təzyiq göstərib”| VİDEO
Onun fikrincə, məsələ təkcə Aİ-nin pis sövdələşmə imzalamasından getmir. Viktor Orban əmindir ki, AK Vaşinqton qarşısında Aİ ölkələrinin yerinə yetirə bilməyəcəyi öhdəliklər götürüb.

- Bir ildən sonra Tramp soruşacaq: “600 milyard dollarlıq investisiyalar hanı, razılaşdığımız silah və enerji alışları hanı?”. Bundan sonra ABŞ Avropa mallarına idxal rüsumlarını yenidən qaldıracaq və biz yenə məğlub olacağıq”,-Macarıstanın baş naziri vurğulayıb.

Xatırladaq ki, iyulun 28-də AK-nin sədri Ursula fon der Lyayenlə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Aİ ilə yeni ticarət sazişləri barədə açıqlama verib. İndi ABŞ-nin idxal etdiyi bütün Avropa mallarına 15% rüsum qoyulacaq, Aİ-yə gələnAmerika məhsullarına isə tariflər tətbiq olunmayacaq.

Yüksək vəzifəli ABŞ rəsmisinə istinad edən “Politico” nəşrinin yazdığına görə, bu sövdələşməni əldə etmək üçün Donald Tramp Brüsselə təzyiq göstərib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
33
1
azvision.az

2Mənbələr