Azərbaycan bu həftə keçirilən avrokubok oyunlarından sonra Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) əmsal cədvəlində Rusiyanı qabaqlayıb.
Oxuməni.az xəbər verir ki, II təsnifat mərhələsinin cavab matçlarının ardından ölkənin əmsalı 18.750-ə çatıb. Cari mövsümdə qazanılan əmsal isə 1.625-ə yüksəlib.
Rusiya 29-cu (18.299 xal), Azərbaycan (18.750) 28-ci, Ukrayna isə 27-ci (19.225) yerdədir.
Ukraynadakı vəziyyətlə əlaqədar UEFA-nın qərarı ilə 2022-ci ildən Rusiya klublarının avrokuboklarda iştirakına icazə verilmir. Bütün Rusiya komandalarının UEFA turnirlərində iştirakdan diskvalifikasiyası ilə əlaqədar olaraq, Rusiya hər mövsüm üçün son beş mövsümdə klubların qazandığı ən az xalla verilir - 4,333. Rusiya hələ 2025/26 mövsümü üçün heç bir xal almayıb.
Almaz Həsənli