Sfera.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Grammy” mükafatlı müğənni Dua Lipa Kosovo Respublikasının vətəndaşlığına qəbul edilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kosovo əsilli britaniyalı sənətçi Londonda dünyaya gəlsə də, üç il əvvəl Albaniya vətəndaşlığı almışdı. İndi isə o, doğma torpağı sayılan Kosovonun da rəsmi vətəndaşı olub.
Kosovo Prezidenti Vyosa Osmani bu barədə sosial şəbəkədə paylaşım edərək bildirib:
“Bu gün prezident sərəncamı ilə ölkəmizin tarixində ən önəmli mədəniyyət simalarından biri olan Dua Lipaya Kosovo vətəndaşlığı vermək şərəfinə nail oldum. Dua və Kosovo bir-birindən ayrılmazdır. O, dünyanın ən böyük səhnələrindən milyonlarla insanın qəlbinə qədər hekayəmizi güc, qürur və zərifliklə daşıdı. Sərhədləri aşdı, tarix yazdı və dünyaya göstərdi ki, böyüklük kim olduğunu və haradan gəldiyini bilməkdən başlayır. Dua Lipanın Kosovo üçün etdiklərinə görə sonsuz minnətdarıq”.
Dua Lipanın vətəndaşlığı mədəniyyət və musiqi dünyasında böyük rezonans doğurub.
Bəsti Rəfizadə
Sfera.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.