AZ

Tramp Ağ Evə bal zalı əlavə etmək qərarına gəlib

ABŞ prezidenti Donald Tramp Ağ Evi təmir etmək və ona bal zalı əlavə etmək qərarına gəlib.

Herbiand.az bildirir ki, bu barədə NBC News xəbər verir.

İşin dəyəri 200 milyon dollar təşkil edəcək və Tramp bunu öz hesabından ödəyəcək. O, bal zalını “hədiyyə” adlandırıb. Otağın sahəsinin 8360 kvadratmetr olacağı gözlənilir. Zal ənənəvi olaraq ABŞ-ın birinci xanımının ofisləri kimi istifadə edilən şərq qanadında tikiləcək.

İşlərin sentyabrda başlanacağı gözlənilir. Yenidənqurma Harri Trumenin prezidentliyindən (1945-1953) bəri ən böyük rekonstruksiya olacaq.

ABŞ lideri bildirib ki, bal zalı qonaqların ehtiyaclarını ödəyəcək. Qonaqların bir çoxu hal-hazırda tədbirlər zamanı Ağ Evin cənub qazonunda tentelərin altında çadırlarda qalmalı olur. Trampın sözlərinə görə, qar və ya yağış yağanda onun altında olmaq mümkün deyil. Layihəyə ən böyük memarlar daxildir. Prezident onların adlarını açıqlamayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
74
herbiand.az

1Mənbələr