AZ

Polis işçisi arvadını və iki uşağını öldürdü, daha sonra intihar etdi -  ŞOK HADİSƏ

Türkiyənin Dənizli vilayətində dəhşətli hadisə yaşanıb.

Referans xəbər verir ki, Merkezəfəndi rayonunda polis əməkdaşı xidməti tapança ilə həyat yoldaşı və iki uşağını qətlə yetirib, daha sonra isə

həmin silahla özünə qəsd edib.

Naməlum səbəblərdən baş verən hadisədə polis məmuru əvvəlcə arvadını və iki uşağını güllələyib. Daha sonra eyni silahdan istifadə edərək intihar edib.

Hadisə yerində 4 nəfərin meyiti aşkar olunub. Yerli hüquq-mühafizə orqanları genişmiqyaslı araşdırmalara başlayıb.( Musavat.com)

Seçilən
7
referans.az

1Mənbələr