Sfera.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisinin yaxın günlərdə Rusiya paytaxtı Moskvaya səfəri planlaşdırılır. Bu görüşün məqsədi suallar doğurur: Bu səfər Kremlə son xəbərdarlıq olacaq, yoxsa tərəflər arasında yeni siyasi razılaşmaların başlanğıcı?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Vladimir Putin xarici nümayəndələrin təzyiqləri ilə asanlıqla dəyişəcək lider deyil.
Onun fikrincə, əgər ciddi xəbərdarlıq olacaqsa, bunu yalnız Trampın özü edə bilər:
“Böyük etimal ki, Tramp elçisinə içində uyğun üslubda xəbərdarlıq olan məktublar verəcək. Putinin xarakteri bütün dünyaya məlumdur. Lakin real siyasətdə bəzən xəbərdarlığa da ehtiyac olur. Necə deyərlər, dəvədən böyük fil də var. Burada əsas məqam odur ki, Putin Trampı “fil” kimi görəcək, ya yox”.
Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynadakı vəziyyəti, Suriyadakı məğlubiyyəti və Cənubi Qafqazdakı uğursuzluqları onu Trampın nümayəndəsini əliboş qaytarmamağa məcbur edəcək:
“Yenə də bu addımı atarkən öz mənafeyini də nəzərə alacaq. Hazırda Rusiya özünü çətinə salır, Ukrayna daha pis vəziyyətdədir. Tramp isə hakimiyyətə yenidən gələndə bu müharibəni bir günə bitirəcəyini desə də, artıq bir il olacaq, lakin hələ heç atəşkəsə belə razılıq əldə oluna bilmədi”.
Firuzə Əliyeva
Sfera.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.