AZ

Üçüncü divizion klubu Mario Balotelliyə bazar gününə kimi vaxt verib

Bakı, 1 avqust, AZƏRTAC

İspaniya çempionatının üçüncü divizionunda mübarizə aparan "Real Mursiya" italiyalı hücumçu Mario Balotelli ilə danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, klub rəhbərliyi 34 yaşlı futbolçunun qərar verməsi üçün son tarix kimi bazar günü təyin edib.İtaliya millisinin sabiq oyunçusuna iki illik müqavilə təklif edilib.

Qeyd edək ki, Mario Balotello son olaraq “Cenoa”da çıxış edib.

Seçilən
15
2
azertag.az

5Mənbələr